top of page

Bakıda yeni yarmarka istifadəyə verilib

March 18, 2017

Bakıda 6 rayonda və altı ünvanda kənd təsərrüfatı məhsullartının satış yarmarkaları fəaliyyət göstərir. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, mart ayından Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən “Agromall Yaşıl Market” yarmarkası gündəlik olaraq fəaliyyət göstərir. Yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqla təchiz olunub.

Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur.

Qeyd edək ki, “Yaşıl Market” yarmarkada yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmur.

В Баку открылась ярмарка "Зеленый маркет Agromall"

March 18, 2017

В Баку при поддержке министерств сельского хозяйства и экономики Азербайджана открылась ярмарка "Зелёный маркет Agromall".Как отметил в воскресенье журналистам министр сельского хозяйства Гейдар Асадов, ярмарка оснащена всем необходимым современным оборудованием и здесь созданы все необходимые условия как для продавцов, так и покупателей.

Yaşıl Market Kompleksi – AQRO MALL istifadəyə verilib

March 18, 2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq, həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 221 milyon manat, tutumu 206 min ton olan 12 logistik mərkəzin, illik emal gücü 10,5 min ton ət emalı (kəsim fabriki) müəssisəsinin, Bakı və Gəncə şəhərlərində, Şəmkir və İsmayıllı rayonlarında 4 ixtisaslaşdırılmış yaşıl marketin yaradılmasına 88 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
 

BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQRO MALL İSTİFADƏYƏ VERİLİB

March 18, 2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdi- rilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq, həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 221 milyon manat, tutumu 206 min ton olan 12 logistik mərkəzin, illik emal gücü 10,5 min ton ət emalı (kəsim fabriki) müəssisəsinin, Bakı və Gəncə şəhərlərində, Şəmkir və İsmayıllı rayonlarında 4 ixtisaslaşdırılmış yaşıl marketin yaradılmasına 88 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Bakıda elə bir “yaşıl bazar” açılır ki...

January 30, 2017

Böyük bir məkan təsəvvür edin. Elə bir məkan ki, burada istədiyiniz hər şeyi tapa və ala  biləcəksiniz. İstədiyiniz təamların dadına baxa biləcəyiniz, istədiyiniz yerdə dincələ biləcəyiniz bir yer. Yəqin ki, bir çoxlarınız belə bir məkanın  olmadığını düşünür. Elə biz də elə düşünürdük. Ta ki, yolumuz "Agro-Mall”dan keçənə qədər. Haqqında bir az eşitsək də, qərara  gəldik ki, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Gedib gördük və gördüklərimizi sizinlə paylaşmaq istədik. 

Please reload

bottom of page